...

Meksikada bara silahlı hücum: 6 nəfər öldü

Dünya xəbərləri Materials 22 Mart 2018 18:38 (UTC +04:00)

Bakı. Trend:

Meksikada yerləşən barların birinə silahlı hücum nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

Trend-in məlumatına görə, insident ötən gecə Quanaxuato ştatının Purisima-del-Rinkon bələdiyyəsində baş verib.

Məlumata görə, bir qrup naməlum şəxs Palenque Bar California adlı yerə hücum edərək insanları atəşə tutub.

Ölənlərdən birinin San-Fransisko-del-Rinkon şəhərinin merinin atası olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti