...

Somali parlamentinin yaxınlığında partlayış: 5 ölü

Dünya xəbərləri Materials 26 Mart 2018 06:18 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda parlament binasının yaxınlığında partlayış baş verib
Somali parlamentinin yaxınlığında partlayış: 5 ölü

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda parlament binasının yaxınlığında partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bildirilir ki, partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb. Regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə cavabdehliyi öz üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti