...

Kataloniyada iğtişaşlar zamanı xəsarət alanların sayı artıb

Dünya xəbərləri Materials 26 Mart 2018 10:25 (UTC +04:00)
Polislə etirazçılar arasında toqquşmalar zamanı xəsarət alanların sayı artıb.
Kataloniyada iğtişaşlar zamanı xəsarət alanların sayı artıb

Bakı. Trend:

Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun saxlanılmasından sonra muxtar vilayətdə polislə etirazçılar arasında toqquşmalar zamanı xəsarət alanların sayı artıb.

Trend-in məlumatına görə, qarşıdurmalar nəticəsində 100-ə yaxın şəxs, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarət alıb. Saxlanılanlar var.

Nümayişlər Barselona, Lerida, Jirona və Tarraqona şəhərlərində keçirilir.

K.Puçdemon hazırda Noymünster şəhərində həbsxanadadır.

Qeyd edək ki, ötən il oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti