...

Nazir: Türkiyə S-400 zenit-raket komplekslərini vaxtından əvvəl ala bilər

Dünya xəbərləri Materials 27 Mart 2018 13:46 (UTC +04:00)
Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini nəzərdə tutulan vaxtdan tez ala bilər.
Nazir: Türkiyə S-400 zenit-raket komplekslərini vaxtından əvvəl ala bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini nəzərdə tutulan vaxtdan tez ala bilər.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, Türkiyə və Rusiyada S-400-lərin alışına əngəl törədəcək hər hansı problem yoxdur.

Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan etmişdi ki, Ankara və Vaşinqton arasında "Patriot" zenit-raket komplekslərinin alışı ilə bağlı danışıqlara Rusiya S-400-lərinin əldə edilməsinin alternativi kimi baxıla bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti