...

"Youtube"un işində problem yaranıb

Dünya xəbərləri Materials 3 Aprel 2018 01:41 (UTC +04:00)
Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər
"Youtube"un işində problem yaranıb

Bakı. Trend:

Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə internet-resursların işini izləyən "Downdetector" bildirir.

"Downdetector"un məlumatında deyilir: "2 aprel 2018-ci il saat 22:55:24-də Youtube-da problemlər var".

Daha çox videoservisin işləməsində problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.

"YouTube" arıtq bu məsələ ilə bağlı öz "Twitter" səhifəsində açıqlama verib. Videoservis bildirib ki, problemin aradan qaldırılması üçün işlər aparılır.

Xəbər lenti

Xəbər lenti