...

Səudiyyə Ərəbistanı ABŞ-dan 1,3 milyard dollara haubitsa alır

Dünya xəbərləri Materials 6 Aprel 2018 10:02 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı ABŞ-dan 1.3 milyard dollar dəyərində 180 ədəd "Paladin" haubitsaları alacaq.

Trend-in məlumatına görə, şahzadə Məhəmmədin ABŞ-a səfərindən sonra Səudiyyə Ərəbistanı öz hərbi arsenalını amerikan silahları ilə təchiz etməkdə davam edir. Bundan əvvəl krallıq tank əleyhinə raket kompleksləri tədarük etmişdi.

Ağ Ev və Konqres nəzərdə tutulan silah müqaviləsini dəstəkləyir.

Mütəxəssislərin fikrincə, bu cür silahlanma Yəməndəki qeyri-sabit vəziyyətlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti