...

Fransada avtomobil yaşayış evinə çırpılıb: 2 ölü, 2 yaralı

Dünya xəbərləri Materials 7 Aprel 2018 20:16 (UTC +04:00)
Fransanın şimalında avtomobil yaşayış evinə çırpılıb
Fransada avtomobil yaşayış evinə çırpılıb: 2 ölü, 2 yaralı

Bakı. Trend:

Fransanın şimalında avtomobil yaşayış evinə çırpılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 2-si həlak olub, 2-si isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Məlumata əsasən, evdə olan 74 yaşlı qadın hadisə nəticəsində xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti