...

Ərdoğan Lavrovun bəyanatını tənqid etdi: "Heç kimin haqqı yoxdur!"

Dünya xəbərləri Materials 10 Aprel 2018 19:50 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib.
Ərdoğan Lavrovun bəyanatını tənqid etdi: "Heç kimin haqqı yoxdur!"

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib.

Trend-in məlumatına görə, S.Lavrovun bəyanatının yanlış olduğunu bildirən R.T.Ərdoğan qeyd edib ki, heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə Afrini Suriya hakimiyyətinə qaytarmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti