Bakı. Trend:
Meksika prezidenti Enrike Penya Niyeto və ABŞ vitse-prezidenti Mayk Pens arasında Perunun paytaxtı Limada keçirilən "Sammit Amerik" çərçivəsində görüş keçiriləcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Meksika prezidentinin administrasiyası məlumat yayıb.
Rəsmi məlumatda bildirilir ki, görüşün keçirilməsi ABŞ vitse-prezidentinin ofisinin təşəbbüsü ilə baş tutacaq: "Məqsəd - Meksika və ABŞ arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri haqda dialoq. Meksika höküməti Enrike Penya Niyetonun hər iki xalqın xeyrinə gedəcək razılaşmanın əldə olunması üçün yenilməz iradəsini təsdiqləyir".