Bakı. Trend:
Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.
Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.
Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib.