Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda son 40 il ərzində ilk dəfə olaraq kinoteatr fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, kinoteatrların işinin bərpa olunması kral Abdulla adına maliyə mərkəzində yerləşən 620 nəfərlik kinozalda “Qara pantera” filminin nümayişi ilə başlanacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanda kinoteatrların fəaliyyətinə 1983-cü ildə kral Fəhdin göstərişi ilə xitam verilib.