Bakı. Trend:
ABŞ-ın Viskonsin ştatında neft emalı zavodunda partlayış baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Onların vəizyyəti barədə məlumat verilmir.
Bildirilir ki, partlayışdan dərhal sonra yanğın başlayıb. Zavodun əhatəsində yerləşən binalar təxliyə edilib.
XXX
21:41
ABŞ-ın Viskonsin ştatında neft emalı zavodunda partlayış baş verib.
Trend-in "Fox News"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyəti barədə məlumat verilmir.