Bakı. Trend:
Ermənistan Milli Yığıncağının (parlament) "Çıxış" fraksiyası Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu fraksiyanın deputatı Edmon Marukyan "Facebook" səhifəsində yazıb.
Ölkənin yeni baş nazirinin seçilməsi məsələsi parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq. Respublika Partiyasının fraksiyası bəyan edib ki, əgər parlamentdə təmsil olunan digər 3 siyasi qüvvə vahid namizədlə çıxış edərsə, hakim partiya baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək. Artıq digər 3 fraksiya N.Paşinyanın namizədliyini dəstəkləyib.
Qeyd edək ki, aprelin 13-dən Ermənistanda N.Paşinyanın rəhbərliyi ilə etiraz aksiyası davam edir.