...

Putin Netanyahu ilə İranın nüvə məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 1 May 2018 08:50 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Putin Netanyahu ilə İranın nüvə məsələsini müzakirə edib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, İsrail tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarının yenilənməsindən sonra olub.

Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Netanyahu İranı nüvə proqramı ilə bağlı arxivləri gizli saxlamaqda ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti