...

Hindistanda məhkəmə zalına hücum olub - Ölən var

Dünya xəbərləri Materials 7 May 2018 17:25 (UTC +04:00)
Hindistanın Haryana ştatında iki naməlum şəxs məhkəmə zalına daxil olaraq atəş açıblar.
Hindistanda məhkəmə zalına hücum olub - Ölən var

Bakı. Trend:

Hindistanın Haryana ştatında iki naməlum şəxs məhkəmə zalına daxil olaraq atəş açıblar.

Trend-in məlumatına görə, hücum edənlər həmin vaxt məhkəmədə şübhəli qismində ifadə verən yoldaşlarını azad etməyə çalışıb.

Atışma nəticəsində bir mühafizə əməkdaşı həlak olub. Qeyd olunur ki, həmin şəxslər cavab atəşi ilə zərərsizləşdirilib.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti