Bakı. Trend:
Yerevanda ölkənin Milli Məclisində (parlament) baş tutacaq baş nazirin namizədliyi üzrə səsvermə ərəfəsində mitinq keçirilir.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, mitinq şəhərin Respublika meydanında keçirilir.
Müxalifət lideri, baş nazir postuna namizəd Nikol Paşinyan və erməni əsilli amerikalı müğənni Serj Tankyan mitinqdə iştirak edirlər.
Məlumata görə, mitinqdə 10 minə yaxın adam iştirak edir, insanlar gəlməkdə davam edir. Meydan, demək olar ki, tam dolub.