Bakı. Trend:
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan tərəvəz idxalına müvəqqəti məhdudiyyət tətbiq etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu qərar Ermənistandan gətirilən pomidor və xiyar arasında karantin məhsullarının aşkar edilməsi ilə əlaqədar qəbul edilib.
Qeyd olunur ki, bu məsələnin aydınlaşdırılması ilə bağlı olaraq tərəvəz idxalına məhdudiyyət qoyulacaq.