Bakı. Trend:
Əfqanıstanda bir həftədir davam edən daşqınlar nəticəsində ən azı 34 nəfər ölüb.
Trend-in məlumatına görə, ölkənin təbii fəlakətlər nazirliyi bildirib ki, əyalətlərdə baş verən daşqınlar nəticəsində 600 baş heyvan tələf olub, hektarlarla əkin sahəsi su altında qalıb.
Nazirlik bəyan edib ki, təbii fəlakətdən əziyyət çəkən ailələrə humanitar yardım göstəriləcək.