...

Ağ Ev: ABŞ KXDR-nın Cənubi Koreya ilə görüşdən imtina etməsinin təsdiqini almaq istəyir

Dünya xəbərləri Materials 16 May 2018 04:17 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Koreya Xalq Demokratik Respublikasının Cənubi Koreya ilə mayın 16-sı keçiriləcək görüşdən imtina etməsinin təsdiqini almaq istəyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Bizim Cənubi Koreya KİV-lərinin yaydığı məlumatlarıan xəbərimiz var. ABŞ Şimali Koreyanın əslində bəyan etdiyini öyrənəcək və öz müttəfiqləri ilə sıx əlaqələndirilməni həyata keçirməyə davam edəcək".

Qeyd edək ki, ötən gün "Yonhap News" agentliyi Koreya Xalq Demokratik Respublikası (KXDR) Canubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina etməsi barədə xəbər yaymışdı. Buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin birgə təlimləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti