Bakı. Trend:
Almaniyanın Saarbryuken şəhərində silahlı şəxs insanlara atəş açıb.
Trend-in məlumatına görə, silahlının insanlara atəş açması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Polislərin məlumatına əsasən, insident yerli vaxtla saat 14:30-da Fexingen rayonunda baş verib. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.