...

CNN telekanalı ABŞ məktəblərində atışma faktlarının sayını açıqlayıb - ARAŞDIRMA

Dünya xəbərləri Materials 22 May 2018 08:39 (UTC +04:00)
ABŞ məktəblərində son 9,5 il ərzində məktəblərdə 250-dən çox atışma faktı qeydə alınıb.
CNN telekanalı ABŞ məktəblərində atışma faktlarının sayını açıqlayıb - ARAŞDIRMA

Bakı. Trend:

ABŞ məktəblərində son 9,5 il ərzində məktəblərdə 250-dən çox atışma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalının şəxsi araşdırmasında deyilir.

"2009-cu il yanvarın 1-dən hazırki vaxtadək ABŞ-da ən azı 288 dəfə məktəblərdə atışma olub. Bu "böyük yeddiliy"ın digər altı ölkələsindən 57 dəfə çoxdur", - deyə araşdırmada deyilir.

Telekanal misal olaraq gətirir ki, Kanada və Fransada 2009-cu ilin yanvarından 2018-ci ilin mayınadək məktəb ərazilərində cəmi 2 atışma faktı qeydə alınıb, Almaniyada isə 1 fakt. "Böyük Britaniya, İtaliya və Yaponiyada bu dövr ərzində ümumiyyətlə bu kimi faktlar qeydə alınmayıb", - CNN bildirir.

Bundan başqa, CNN bu mövzu ilə əlaqədar "G7"yə daxil olmayan ölkələrə də nəzər yetirib. Məlum olub ki, Meksikada bu cür faktlar 8 dəfə, Hindistanda - 5, Əfqanıstanda - 3, Çin, Türkiyə və Rusiyada - 1 dəfə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti