...

Putin: Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək

Dünya xəbərləri Materials 26 May 2018 04:18 (UTC +04:00)
Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması məsələsini bu ölkə özü həll etməlidir
Putin: Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək

Bakı. Trend:

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması məsələsini bu ölkə özü həll etməlidir.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə baxmayaraq milli maraqlarını qoruyaraq güzəştə getməyəcək: "Bu müxtəlif təzyiq alətlər getdikcə daha çox sayda ölkələri əhatə edir. İndiki halda - bizim S-400 sistemlərimizin alınması ilə əlaqədar. Türkiyə NATO ölkəsidir. Onlar öz sinfində dünyada ən qabaqcıl olan hərbi sistemləri NATO-nun üzvü olmayan ölkədən almağa qərar verib. Nə olsun ki? Məgər bu, cinayətdir?"

V.Putin əlavə edib ki, kimsə təzyiq alətlərini istifadə etməklə çətin ki, lazımı nəticəni qazansın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti