...

İŞİD yenidən fəallaşdı - Suriyada bir neçə məntəqə vuruldu

Dünya xəbərləri Materials 30 May 2018 14:51 (UTC +04:00)
Hazırda bölgədə amansız döyüşlər gedir.
İŞİD yenidən fəallaşdı - Suriyada bir neçə məntəqə vuruldu

Bakı. Trend:

Mayın 29-dan 30-a keçən gecə İŞİD terror qruplaşması Suriyanın Homs vilayətində genişmiqyaslı hücuma keçib.

Trend-in məlumatına görə, terrorçular Badiya rayonunda blokadanı yarmağa cəhd edib. Palmiraya hücum etmək üçün blokada onlar üçün ən böyük maneədir.

Həmçinin Xamime şəhərində hökumət ordusuna hücum ediblər.

Hazırda bölgədə amansız döyüşlər gedir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriyada və İraqda İŞİD-ə əməliyyat aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti