...

Kabildəki partlayışda ölənlərin sayı 17-yə çatıb

Dünya xəbərləri Materials 13 İyun 2018 06:14 (UTC +04:00)
İyunun 11-i Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb
Kabildəki partlayışda ölənlərin sayı 17-yə çatıb

Bakı. Trend:

İyunun 11-i Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın şəhər bərpası və inkişafı nazirliyindən bildiriblər.

Daha əvvəl 13 nəfərin öldüyü və 30-dan çox yaralının olduğu bildirilirdi.

Qeyd edək ki, iyunun 11-i Əfqanıstanın paytaxtı Kabilin Darulaman rayonunda terrorçu-intiharçı özünü partladıb. Partlayış görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti