...

Roma Papası dünya çempionatının iştirakçılarını salamladı

Dünya xəbərləri Materials 13 İyun 2018 16:37 (UTC +04:00)
Roma Papası I Fransisk sabah Rusiyada start götürəcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət ünvanlayıb.
Roma Papası dünya çempionatının iştirakçılarını salamladı

Bakı. Trend:

Roma Papası I Fransisk sabah Rusiyada start götürəcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, Roma Papası turnirdə iştirak edəcək idmançıları və çempionatın təşkilatçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

O, ümidvar olduğunu bildirib ki, bu yarış sülh və dialoqa yol açacaq:

“Qoy bu vacib idman tədbiri müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq və qardaşlığa səbəb olsun, xalqlar arasında həmrəylik və sülhə xidmət etsin”.

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın “Lujniki” stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti