Bakı. Trend:
Pakistanda "Taliban" liderlərindən biri öldürülüb.
Trend-in məlumatına görə, Molla Fəzlullah ABŞ HHQ-nin Əfqanıstan və Pakistan sərhədinə endirdiyi zərbələr nəticəsində məhv edilib.
Tolo News kanalı xəbər verir ki, Fəzlullahla birgə daha 4 "Taliban" hərbi komandiri zərərsizləşdirilib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti mart ayında qrupun liderləri barədə informasiya üçün 11 milyon dollar pul vəd edib.