...

Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb

Dünya xəbərləri Materials 16 İyun 2018 01:10 (UTC +04:00)
Suriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb
Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb

Bakı. Trend:

Suriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.

A.Tsıqankov bildirib: "Ötən sutka ərzində Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin səyləri sayəsində 227 nəfər Xoms əyalətində, 114 nəfər Şərqi Qutada öz evinə qayıdıb".

Onun sözlərinə görə, rusiyalı hərbi həkimlər 70-i uşaq olmaqla 139 suriyalıya yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti