...

Tramp və Makron ticarət siyasətini və KXDR-nı müzakirə ediblər

Dünya xəbərləri Materials 16 İyun 2018 03:17 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub
Tramp və Makron ticarət siyasətini və KXDR-nı müzakirə ediblər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı Sinqapurdakı sammitdən sonra KXDR ilə bağlı məsələləri müzakirə ediblər.

Bundan əlavə, iki ölkə lideri Suriya, İran və ticarət siyasəti haqqındada fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti