...

Fransada miqrantlarla polis toqquşdu - 4 polis yaralandı

Dünya xəbərləri Materials 31 İyul 2018 18:49 (UTC +04:00)

Bakı. Trend:

Fransanın şimal-şərqindəki Kale şəhərində miqrantlarla toqquşma nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, toqquşma miqrantlar Kale limanı yaxınlığında yerləşən sənaye zonasına daxil olmağa çalışarkən başlayıb.

Miqrantlar onların qarşısını kəsməyə çalışan polislərə daş atıblar.

Bir müddət davam edən toqquşmadan sonra miqrantların qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti