...

Naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutublar

Dünya xəbərləri Materials 20 Avqust 2018 09:07 (UTC +04:00)
Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar
Naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutublar

Bakı. Trend:

Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti