...

Əfqanıstanın baş naziri NATO kontingentinin rəhbəri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 26 Avqust 2018 08:15 (UTC +04:00)
Əfqanıstanın baş naziri Abdulla Abdulla və NATO-nun Əfqanıstandakı kontingentinin rəhbəri ABŞ generalı Con Nikolson arasında görüş keçirilib
Əfqanıstanın baş naziri NATO kontingentinin rəhbəri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Bakı. Trend:

Əfqanıstanın baş naziri Abdulla Abdulla və NATO-nun Əfqanıstandakı kontingentinin rəhbəri ABŞ generalı Con Nikolson arasında görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın baş naziri Abdulla Abdulla öz Twitter səhifəsində yazıb.

Baş nazir bildirib: "Bu gün axşam mənim Əfqanıstanda kontingentin və "Qətiyyətli dəstək" əməliyyatının başçısı general Con Nikolson ilə konstruktiv görüşüm olub. Biz təhlükəsizliyi, ölkədəki hərbi hadisələri və terror qruplaşmaları ilə səmərəli və məhsuldar mübarizə yollarını müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti