...

Özbəkistanda kriptobirjaların fəaliyyəti qanuniləşdirilib

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 09:11 (UTC +04:00)
Özbəkistanda kriptobirjaların fəaliyyəti qanuniləşdirilib
Özbəkistanda kriptobirjaların fəaliyyəti qanuniləşdirilib

Bakı. Trend:

Özbəkistanda kriptobirjaların fəaliyyəti qanuniləşdirilib.

Trend-in məlumatına görə, bu barədə “Özbəkistanda kriptobirjaların fəaliyyətinin təşkili üzrə tədbirlər haqqında” Qərarda deyilir.

Qeyd olunur ki, Özbəkistanda kriptoaktivlərin alqı-satqısı, mübadiləsi üçün elektron məkan təqdim edən təşkilat kriptobirja hesab olunacaq.

Kriptobirja fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya Özbəkistan ərazisində törəmə şirkət açmaq vasitəsilə xarici hüquqi şəxslərə verilir.

Kriptobirjaların fəaliyyətinə nəzarəti, eləcə də onların qanunvericiliyə əməl etməsinə nəzarət funksiyalarını birjalara lisenziya verən təşkilat həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti