...

Tayvan Rusiya vətəndaşları üçün vizasız oldu

Dünya xəbərləri Materials 6 Sentyabr 2018 10:41 (UTC +04:00)

Bakı. Trend:

Rusiya vətəndaşları sentyabrın 6-dan Tayvana vizasız rejimdə səfər edə biləcəklər. Trend-in məlumatına görə, bu qərar test rejimində 2019-cu il iyulun 31-ə qədər qüvvədə olacaq.

Rusiya XİN-dən bildirilib ki, ölkə vətəndaşları Tayvanda 14 gün müddətində vizasız qala bilərlər. Qaydalar turizm məqsədilə və müxtəlif tədbirlərdə iştirak etmək üçün bura səfər edənlərə şamil olunacaq.

Vizasız Tayvana səfər edən Rusiya vətəndaşlarının müddətinin bitməsinə azı 6 ay qalmış xarici pasportu, gediş-dönüş bileti, qalacağı yerin bron sənədi mütləq şəkildə olmalı və məhkumluğu olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti