...

Çinin cənub-qərbində 5,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Sentyabr 2018 09:00 (UTC +04:00)

Bakı. Trend:

Çinin cənub-qərbində yerləşən Unnan əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 02:31-də qeydə alınan yeraltı təkanların episentri Kunminq şəhərindən 220 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti