...

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 37-yə çatdı

Dünya xəbərləri Materials 20 Sentyabr 2018 01:05 (UTC +04:00)
ABŞ-da "Florens" adlı qasırğa nəticəsində ölənlərin sayı 37-yə çatıb.
ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 37-yə çatdı

Bakı. Trend:

ABŞ-da "Florens" adlı qasırğa nəticəsində ölənlərin sayı 37-yə çatıb. Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən xəbər verir.

Daha öncə 34 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, ölənlərdən 27 nəfər Şimali Karolina ştatının payına düşür.

Qeyd edək ki, 4-cü dərəcəli "Florens" qasırğası ABŞ-ın atlantik sahillərinə sentyabrın 14-ü yaxınlaşıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.

Şimali və Canubi Karolinanın 27 mindən artıq sakini müvəqqəti sığınacaqlarda qalır. 100 mindən artıq insan elektrik enerjisiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti