...

İranın müdafiə naziri: Əhvazdakı terror siyasi kursumuzu dəyişdirə bilməz

Dünya xəbərləri Materials 24 Sentyabr 2018 15:03 (UTC +04:00)
Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz.
İranın müdafiə naziri: Əhvazdakı terror siyasi kursumuzu dəyişdirə bilməz

Bakı. Trend:

Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz. Trend-in məlumatına görə, bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti