...

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 06:15 (UTC +04:00)
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 23:59-da qeydə alınmış yeraltı təkanların episentri Sumba adası rayonunda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti