Bakı. Trend:
ABŞ-ın dövlət katibi Maykl Pompeo oktyabrın 7d- Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamenti bildirib. Qeyd olunur ki, Mayk Pompeo Şimali Koreya lideri Kim Çen In ilə görüşərək, nüvə silahı proqramının dayandırılması məsələsini müzakirə edəcək.
Pompуo həmçinin oktyabrın 6-8 arasında Yaponiya, Koreya Respublikası və Çində də səfərdə olacaq.