...

Yaponiyada tayfun səbəbindən 30 mindən artıq insan elektrik enerjisiz qalıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2018 08:44 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyada "Konq-rey" tayfunu səbəbindən azı 8 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Okinava və Kiqosima prefekturalarında 30 mindən artıq insan elektrik enerjisiz qalıb.

"Konq-rey" bu mövsüm Sakit okeanda yaranan 25-ci tayfundur. Tayfun cənubdan Yaponiyanın əsas adası olan Xonsyuya doğru hərəkət edir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 45 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti