...

ABŞ-ın xüsusi nümayəndəsi Dohada taliblərlə görüşüb

Dünya xəbərləri Materials 13 Oktyabr 2018 08:46 (UTC +04:00)
ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qətərin paytaxtı Dohada "Taliban" radikal hərəkatının üzvləri ilə görüşüb
ABŞ-ın xüsusi nümayəndəsi Dohada taliblərlə görüşüb

Bakı. Trend:

ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qətərin paytaxtı Dohada "Taliban" radikal hərəkatının üzvləri ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzetinə mənbə bildirib.

Məlumata əsasən, görüşdə tərəflərin müzakirə etdiyi mövzular açıqlanmır. Xatırladılır ki, bu artıq ABŞ-ın rəsmi şəxsləri və "Taliban" üzvləri arasında son bir neçə ay ərzində keçirilən 2-ci görüşdü. İyul ayında Qətərin paytaxtında anoloji danışıqlar keçirilib. ABŞ tərəfdən danışıqlarda ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels iştirak edirdi.

Qəzet qeyd edir ki, iyulda keçirilən danışıqlar zamanı tərəflər Əfqanıstanda münaqişənin nizamlanması imkanını müzakirə edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti