Bakı. Trend:
Nigeriyada neft emalı zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı 24-ə çatıb. Daha öncə 16 nəfərin öldüyü bildirilirdi.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, 14 nəfər Emeimo yaşayış məntəqəsində, daha 10 nəfər isə Umuduruda ölüb.
İlkin məlumatlara əsasən, partlayış təmir işləri aparıldığı yerdə, sızma səbəbindən baş verib.