Bakı. Trend:
Yunanıstanın paytaxtı Afinada anarxistlər qrupu polis bölməsinə hücum edib.
Trend-in "newsit.gr" saytına istinadən verdiyi məlumata əsasən, hücum nəticəsində 4 polis xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, üzlərini gizlədən təqribən 50 nəfər daş və alışan şüşə qabları paytaxtın Omoniya rayonunda polis bölməsinə atıblar.