...

Əfqanıstanda partlayış zamanı 5 çexiyalı hərbçi yaralanıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2018 06:14 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün NATO-nun Əfqanıstandakı aviabazası yaxınlığında parklanmış avtomobil partlayıb.

Trend-in məlumatına görə, aviabazanın qorunmasında iştirak edən 5 çexiyalı hərbçi partlayış zamanı yaralanıb.

Bildirilir ki, çexiyalı hərbçilər avtomobil ilə keçərkən aviabazanın yaxınlığında dura digər avtomobil partlayıb və nəticədə hərbçilərin olduğu avtomobil aşıb. Onlardan 4-ü yengül, 1-i isə ağır yaralanıb.

Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib və daha sonra onlar helikopterlə Bahram aviabazasının xəstəxanaslna çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti