Bakı. Trend:
Berlində Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşkacinin ölümü ilə bağlı məlumatlarını yetərsiz hesab edirlər.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel və XİN rəhbəri Xayko Maasın birgə yaydıqları bəyanatda deyilir.
Bəynatda qeyd edilir: "Biz qətiyyətlə cinayəti pisləyirik. Ölümün baş vermə şəraiti və səbəbi baxımından Səudiyyə Ərəbistanı tərəfindən şəffaflıq gözləyirik. Məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır. Konsulluqda baş verənlər haqqında təqdim olunmuş məlumatlar yetərsizdir".