...

Amerikalı qadının səhvən hər iki böyrəyi çıxarılıb

Dünya xəbərləri Materials 17 Noyabr 2018 06:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatının qadın sakininin səhvən hər iki böyrəyi çıxarılıb.

Trend-in "Fox 31"ə istinadən verdiyi məlumata əsasən, bu ilin mart ayında 73 yaşlı Linda Vulliyə böyrək xərçəngi diaqnozu qoyulub və nəticədə hər iki böyrəyi çıxarılıb.

Lakin daha sonra müəyyən olunub ki, mart ayında aparılan biopsiya xoşxassəli olub, beləliklə də, böyrəklərin heç birində xərçəng tapılmayıb.

Hal-hazırda, Vullinin heç olmasa bir böyrəyin köçürülməsinə ehtiyyacı var, ABŞ-da isə transplantın orta hesabla gözləmə vaxtı 7 ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti