...

İstifadəçilər "YouTube"un işində problemlərlə üzləşdiklərini bildirir

Dünya xəbərləri Materials 26 Noyabr 2018 02:21 (UTC +04:00)
"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində problemlərlə üzləşiblər
İstifadəçilər "YouTube"un işində problemlərlə üzləşdiklərini bildirir

Bakı. Trend:

"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində problemlərlə üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

"YouTube"un işində problemlərin olması barədə məlumatlar təxminən saat 23:00-dan (GMT+4) daxil olmağa başlayıb.

İstifadəçilərin 66 faizi videoların yayımında problemlərin olduğunu, 23 faizi saytın düzgün işləməsini, 9 faizi isə öz hesabına daxil ola bilməməsini bildirir.

Servisin işində problemlər bütün dünyada, o cümlədən Rusiya, ABŞ, Ukrayna, Qazaxıstan, Fransa, Böyük Britaniya bə Braziliyada müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti