...

Bu vətəndaşlar Yamaykaya vizasız gedəcəklər

Dünya xəbərləri Materials 27 Noyabr 2018 15:03 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 27-dən Rusiya ilə Yamayka arasında vizasız rejim qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə saziş sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Yamaykanın xarici işlər naziri Kamina Conson Smit arasında imzalanıb.

Sazişə əsasən hər iki ölkənin vətəndaşları 90 gün ərzində viza almadan səfər edə bilər.

90 gündən artıq müddətdə qalan vətəndaşlar əvvəlki kimi viza almalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti