...

Tuluzada 50 nəfərə yaxın polis etiraz aksiyalarında xəsarət alıb

Dünya xəbərləri Materials 3 Dekabr 2018 05:46 (UTC +04:00)
Fransanın Tuluza şəhərində baş verən etiraz aksiyaları nəticəsində 48 polis əməkdaşı olmaqla ən azı 57 nəfər xəsarət alıb.
Tuluzada 50 nəfərə yaxın polis etiraz aksiyalarında xəsarət alıb

Bakı. Tural Turan - Trend:

Fransanın Tuluza şəhərində baş verən etiraz aksiyaları nəticəsində 48 polis əməkdaşı olmaqla ən azı 57 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə şəhər prefekturası bildirib.

Şənbə günü baş verən razılaşdırılmamış nümayişlər vaxtı ciddi insidentlər baş verib. Hüquq mühafizə orqanları ilə toqquşmalarda 100 nəfərdən çox iştirak edib.

Rəsmi məlumata əsasən, xəsarət alan 48 polis əməkdaşından 5-i xəstəxanaya yerləşdirilib və lazımi müalicə alıb.

Xatırladaq ki, Fransada benzin qiymətinin artımına etiraz aksiyaları 17 noyabrdan başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti