...

Ermənistanın sabiq prezidenti həbs olunacaq

Dünya xəbərləri Materials 7 Dekabr 2018 16:51 (UTC +04:00)
Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə qərarı ilə həbs olunmalıdır
Ermənistanın sabiq prezidenti həbs olunacaq

Bakı. Trend:

Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə qərarı ilə həbs olunmalıdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu sabiq prezidentin vəkili Ayk Alumyan deyib.

Onun sözlərinə görə, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişməz saxlayıb və vəkillərin vəsatətləri təmin olunmayıb.

Qeyd edək ki, R.Koçaryan dövlət quruluşunu devirmək cəhdinə ittiham olunaraq bu ilin iyulunda həbs olunmuşdu. Apellyasiya məhkəməsi onu azad etsə də Ali məhkəmənin tələbi ilə işə yenidən baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti