...

Yeni Zelandiyada marixuana leqallaşdırılır

Dünya xəbərləri Materials 11 Dekabr 2018 20:47 (UTC +04:00)
Yeni Zelandiya hökuməti ölkədə tibbi marixuananın daha asan satışını təmin edən qanun qəbul edib
Yeni Zelandiyada marixuana leqallaşdırılır

Trend-i buradan izləyin

Bakı. Trend:

Yeni Zelandiya hökuməti ölkədə tibbi marixuananın daha asan satışını təmin edən qanun qəbul edib.

Trend-in məlumatına görə, yeni qanuna əsasən ağır xəstələr aptekdən başqa müəssisələrdə marixuana almasına görə cəzalandırılmayacaq.

Əvvəllər bu maddə xəstələr üçün daha sərt qaydalarla satılırdı.

Bundan başqa, Yeni Zelandiyada sahibkarlar marixuanadan müxtəlif tibb maddələri istehsal edə və ixrac edə bilərlər.
Qeyd olunur ki, növbəti iki il ərzində ölkədə marixuananın tibbi məqsədlərlə tam şəkildə leqallaşması ilə bağlı referendumun keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti